Əsas Səhifə > Şou-biznes > Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi

Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi


28-11-2020, 11:16
Zümrüd Bədəlova “Xəzər”dən ARB-yə keçdi
Aparıcı Zümrüd Bədəlovanın “Xəzər” TV-dəki fəaliyyəti sonlandırılıb.

“MediaPost”un məlumatına görə, o, ARB TV-nin təklifi ilə “Xəbər-ətər” proqramına aparıcı kimi dəvət edilib. Aparıcı həftəiçi 5 gün tamaşaçıların qarşısına çıxacaq.

Z.Bədəlova 2021-ci ildən səhər verilişi ilə yanaşı yeni maqazin şousu ilə də ekranda olacaq.

Qeyd edək ki, aparıcı “Xəzər” TV-də “X maqazin”, “Zümrüdlə şən bazar” kimi verilişlərdə layihə rəhbəri və aparıcı idi.

Geri qayıt