Əsas Səhifə > Şou-biznes > "Demişdim ki, azad olunsun, onu ziyarətə gedəcəm"

"Demişdim ki, azad olunsun, onu ziyarətə gedəcəm"


23-11-2020, 16:16
"Demişdim ki, azad olunsun, onu ziyarətə gedəcəm"
"Şuşa azad edilən gündən Ceyhun Mirzəyevin (aktyor - red.) fotosunu paylaş̧dım və yazmışdım ki, rahat uyu, qisasın alınır".

Musavat.com xəbər verir ki, bu sözləri aktyor Cavidan Novruz sosial şəbəkə hesabında yazıb. C. Novruz mərhum aktyor, "Fəryad" filminin qəhrəmanı Ceyhun Mirzəyevin şəklini yayımlayaraq ona olan sevgisini dilə gətirib:
"Bunu ona görə etmişdim ki, bu insan öz sənəti uğrunda, ürəyindən əziyyət çəkə-çəkə zülmlə filmi çəkdi. Amma nə bu filmi görə bildi, nə də torpaqların azad olunmasını... Ən böyük arzusu bu idi. İndi torpaqlar alınır, alındı və başa çatdı. Doğulub boya-başa çatdığı Ağdamın Abdal-Gülablı kəndi də azad olundu. Demişdim ki, azad olunsun, onu ziyarətə gedəcəm.

İndi də sözümü tuturam, rahat uyu, əvəzsiz Ceyhun Mirzəyev. 8 yaşımdan bu günə kimi bu insana olan sevgim, rəğbətim, diqqətim azalmadı. Onu ziyarətə gedəcəm, "Yasin" oxutdurub, ətrafını gül-çiçəklə bəzəyəcəm. Sənə Ağdamın azad olunması müjdəsini verib, təbrik edəcəm, qəhrəman aktyorum. Məkanın artıq cənnətdir, məncə".

Geri qayıt