Əsas Səhifə > Şou-biznes > "Xəyalları qursağında qalan aciz millət!"

"Xəyalları qursağında qalan aciz millət!"


23-11-2020, 10:09
"Xəyalları qursağında qalan aciz millət!"
“Göz yaşı selində qarışır hisslər... Unutmadıq, elə ona görə də qalib gəldik!”

“MediaPost” xəbər verir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova İnstaqramda yazıb.

O, vətən müharibəsi ilə bağlı paylaşdığı fotoya bu sözləri də əlavə edib:

“Lakin sakitləşmək olmaz! Mübarizəmiz, vətənə sadiqliyimiz yaxşı əməllərimizlə, doğru-dürüstlüyümüzlə, bir-birimizə sevgi və qayğımızla, gücümüz, birliyimizlə davam etsin! Bu, gəlişi gözəl sözlər deyil. Bu, uzun illər arzuladığımız, ehtiyac duyduğumuz qalibiyyət hissinin təzahürüdür!

Biz qurucu, onlar dağıdıcı olublar!

Bu günlər Qarabağ həqiqətlərindən bixəbər olan Rusiyanın bir qrup tanınmış mədəniyyət və incəsənət xadimləri, iş adamları (siyahıda olanların əksəriyyəti ermənilərdir. Sırf erməni müraciəti olmasın deyə, başqa millətlərin nümayəndələrini də cəlb ediblər. Məlum erməni taktikası) YUNESKO-ya açıq məktub göndəriblər.

Xəyalları qursağında qalan aciz millət! Biz çox ağlamışıq, indi siz ağlayın.Özgənin torpaqlarını işğal etməyin nə olduğunu anlayın ki, bir də bu qələti etməyəsiniz!”

"Xəyalları qursağında qalan aciz millət!"

Geri qayıt