Əsas Səhifə > Şou-biznes > "Evə gələndə yaxşı gəlmişdi"

"Evə gələndə yaxşı gəlmişdi"


23-11-2020, 08:51
"Evə gələndə yaxşı gəlmişdi"
“Sabir müəllimin səhhəti noyabrın 17-dən 18-nə keçən gecə pisləşib. Dünyasını dəyişdiyi gün artıq ona danışmaq da çox çətin idi. Onu da deyim ki, bir müddət əvvəl infarkt da keçirmişdi. Bütün bunlara baxmayaraq yaşamaq istəyirdi”

Bu sözləri Moderator.Az-a Xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun nəvəsi, reper Elcan Məmmədli (Barss) deyib. O həmçinin tanınmış diktorun xəstəxanada müalicə olunduğunu da bildirib:

“ Xəstəxanada bir müddət müalicə aldı, daha sonra evə gətirdilər. Evə gələndə yaxşı gəlmişdi. Hər bir azərbaycanlı kimi qələbə xəbərlərinə sevinirdi, ordumuzla fəxr edirdi. Bəlkə də babamın sağlığı imkan versəydi və televiziyada çalışsaydı bir diktor kimi qələbə xəbərlərini xalqımıza özü çatdırardı” deyə Elcan Məmmədli bildirib.

Geri qayıt