Əsas Səhifə > Şou-biznes > "Allah Ali Baş Komandanımızı qorusun"

"Allah Ali Baş Komandanımızı qorusun"


20-11-2020, 11:06
"Allah Ali Baş Komandanımızı qorusun"
“Fikirlərimi sözlə ifadə etmək mənim üçün çox çətindir. 30 ildir həsrətini çəkdiyim torpağımıza qovuşduq. Bundan böyük sevinc, xoşbəxtlik ola bilməz”.

Bu sözləri Xalq artisti Mənsum İbrahimov “MediaPost”a açıqlamasında Ağdam şəhərinin işğaldan azad olunması münasibətilə deyib.

O bildirib ki, sevincinin həddi-hüdudu yoxdur:

“Allah Ali Baş Komandanımızı qorusun. Onun rəhbərliyi ilə bizim Müzəffər ordumuz, qəhrəman, igid oğullarımız sübut etdi ki, Azərbaycan nəyə qadirdir. 200 ildən bəri ancaq torpaq verirdik, bu gün biz tarixi torpağımızı əsgərimizin, Ali Baş Komandanımızın səyi nəticəsində hamısını geri aldıq. Bundan böyük qələbə yoxdur. Xalqımızın gözü aydın olsun. Qarabağ torpağı bizi bir yumruq kimi birləşdirdi. Arzu edirəm ki, həmişə bir olaq. Birliyin sayəsində torpağımızı qaytardıq. Baxın görün, mənfur qonşumuzda hansı proseslər gedir – bir-birilərini yeyirlər, qırırlar. Belə də olacaq. Onlar uzun illər özünə gələ bilməyəcək. Nə ordusu qaldı, nə əsgəri qaldı. Biz peşəkar silahlanmış ordumuz sayəsində torpağı geri aldıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Ailəmiz iki şəhid verib, qardaşım oğlu Xüsusi Təyinatlı Qoşunlarda idi, biri də xalamnəvəsi idi. Onlar ölməyib, xalqımızın qəhrəmanlarıdır. Böyük bir sevinc, həyəcan yaşayıram. Allah sevinci bizə çox görməsin, həmişə gözlərimiz sevincdən yaşarsın!”.

Geri qayıt