Əsas Səhifə > Şou-biznes > “Dədələrimizin məzarlarını ziyarət edəcəyik”

“Dədələrimizin məzarlarını ziyarət edəcəyik”


20-11-2020, 10:13
“Dədələrimizin məzarlarını ziyarət edəcəyik”
“Gözümüz çox aydın olsun, Ağdamım. Qarabağın gözü, gözəllik guşəsi”.

“MediaPost” xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial şəbəkədə yazıb.

O, ata yurdunun işğaldan azad edilməsi ilə bağlı sevincini belə ifadə edib:

“30 illik həsrət sona çatdı. Baba yurdum, artıq azadsan. Bizim idin, yenə də bizimsən! Öncə atam Rəhman Zeynalov, anam Zöhrə Zeynalova, gözünüz aydın olsun. Dədələrimizin məzarlarını inşallah gedib ziyarət edib, dualarımızı oxuyacağıq. Çox şükür! Bütün ağdamlılar, gözümüz aydın!”.

Geri qayıt