Əsas Səhifə > Şou-biznes > “Ordumuzun qalibiyyəti ürəyimdən tikan çıxardı”

“Ordumuzun qalibiyyəti ürəyimdən tikan çıxardı”


18-11-2020, 09:52
 “Ordumuzun qalibiyyəti ürəyimdən tikan çıxardı”
Sentyabrın 27-də başlayan Vətən Müharibəsi noyabrın 10-da ordumuzun qalibiyyəti ilə başa çatıb. Lakin qarşıdurmanın hərbi müstəvidə başa çatmasına rəğmən, informasiya müstəvisində qarşıdurma hələ də davam edir.

Moderator.az-a açıqlamasında informasiya müstəvisindənki mübarizəni şərh edən media eksperti Elçin Şıxlı, bu istiqamətdə görülməsi gərəkən işlərin çox olduğunu vurğuladı:

“Mən ordumuzun qələbəsi münasibəti ilə hər kəsi təbrik edirəm. Hərbi müstəvidə qazandığımız qələbə ürəyimdən tikan çıxardı. Amma bir balaca hələ də qalıb. Fəqət bunu da nəzərə alıram ki, bu, dövlət işləridir, bu, diplomatiyadır və ola bilsin ki, bizim bəlkə də informasiyamız olmadığımız üçün bəzi mətləblərdən məlumatsızıq. Lakin ermənilər təbii ki, informasiya müstəvisində öz savaşlarını bitirməyiblər və bitirən də deyillər. Biz onların yalanlarına öz həqiqətlərimizlə cavab verməli, gerçəkliyi göstərməliyik. Məsələn, dünən Rusiyanın “60 dəqiqə” verilişində bizim ermənilər tərəfindən dağıdılmış aazərbaycanlı məzarlığı göstərilir və bildirilir ki, guya bunlar erməni qəbirləridir və azərbaycanlılar dağıdıb, bununla da erməniləri gorbagor ediblər.

İnfomasiya müstəvisində mübarizəni davam etdirməliyik. Hesab edirəm ki, bizim bu sahədə xeyli geriliklərimiz var. Düşünürəm ki, II Qarabağ Müharibəsindən əvvəl inzibati-siyasi sahədə aparılan islahtların hamısını gərək jurnalistikada da aparaq. Ondan sonra biz ermənilərə informasiya müstəvisində daha effektiv cavab verə biləcəyik. Heç nə bitməyib, bizim görəcəyimiz işlər çoxdur. Yenilənməli, çevik olmalı, xarici tamaşaçıya, oxucuya əlimiz çatmalıdır. Biz bunun daha səmərəli yolları haqqında düşünməliyik”.

Geri qayıt