Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova dünya ulduzlara meydan oxuyacaq

Aygün Kazımova dünya ulduzlara meydan oxuyacaq


26-08-2017, 08:45
Aygün Kazımova dünya  ulduzlara meydan oxuyacaq
Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova solo konsert verəcək.

..AZ-ın məlumatına görə, müğənni sentyabrın 22-də “Kristal hall”da səhnəyə çıxacaq.

A.Kazımovanın yaradıcılığının 30 illiyinə həsr olunan konsertin anonsları artıq yayımlanıb. Müğənni anons üçün fərqli imicdə və bikinini xatırladan geyimdə kamera qarşısına keçib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən konsert üzərində fransız xareoqraf və rejissor Red Bentifor çalışır. Onunla birlikdə Bakıya çalışdığı rəqqaslar və aktyorlar gəliblər. Rəqqaslar Amerika, Kolumbiya, İtaliya və Fransadandılar.

Tədbirin səs rejissorluğu Jerar Albodur. Jerar Rihanna, Betti Smit kimi ulduzlarla çalışıb. Konsertin ssenaristi Argentinadan gələn Santyaqo Fernandezdir. Layihədə A.Kazımovanın prodüserliyini gürcü Stefani Mqerbrişvili edir.

Müğənninin geyimlərini modelyer Rüfət İsmayılov hazırlayacaq. Səhnə dekorasiyası üzərində isə Tea Teliya çalışır. Kosnertin musiqi prodüseri əməkdar artist, “Rast” qrupunun rəhbəri Rəşad Haşımovdur.




Aygün Kazımova dünya  ulduzlara meydan oxuyacaq
Aygün Kazımova dünya  ulduzlara meydan oxuyacaq
Aygün Kazımova dünya  ulduzlara meydan oxuyacaq

Geri qayıt