Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı bəstəkar üçün özəl gün

Azərbaycanlı bəstəkar üçün özəl gün


23-08-2017, 08:41
Azərbaycanlı bəstəkar üçün özəl gün
DİA.AZ: - Bu gün tanınmış bəstəkar Ruslan Əhmədoğlunun doğum günüdür.

DİA.AZ xəbər verir ki, bəstəkar Ruslan Əhmədoğlu bugün növbəti yaşına qədəm qoyur. Bəstəkar ad gününü ailəsi və yaxın dostlarının əhatəsində keçirəcək.

O, əməkdaşımıza açıqlamasında təbriklərdən başını itirdiyini bildirib:

"Sevinirəm ki, ətrafımda bu qədər dəyər görürəm. Telefonum susmur. Jurnalistlər, sənətçi dostlarım, tanıyıb-bilən hər kəs təbrik edir. Gecədən çalışıram ki, heç kəsin təbrikini qarşılıqsız qoymayım".

DİA.AZ kollektivi adından Ruslanı doğum gününü münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və xoşbəxtlik arzu edirik.

Geri qayıt