Əsas Səhifə > Şou-biznes > Mahir parodiyaçı anasının ad gününü belə təbrik etdi

Mahir parodiyaçı anasının ad gününü belə təbrik etdi


21-08-2017, 08:39
Mahir parodiyaçı anasının ad gününü belə təbrik etdi
DİA.AZ: - Tanınmış mahir parodiyaçı Ceyhun Məmmədov anasının ad gününü təbrik edib.

DİA.AZ-ın məlumatına görə, parodiyaçı anası ilə şəklini sosial şəbəkədə paylaşaraq, bu sözləri yazıb:

"Əziz anam doğum günün mübarək, 27 ildir əziyyətlə məni boya başa çatdırmısan. Heç vaxt sənin borcunu qaytara bilmərəm. Bəlkə də, heç kəsin etmədiyini sən edib bütün həyatını, cavanlığını bizə qurban verdin, məni böyütdün. Sonsuz təşəkkürlər əziz anam. Bundan sonra ki, həyatında ancaq sevinəsən, mən də çalışacam ki, sən özün tapa bilmədəyin xoşbəxtliyi mən dəlisov oğlunda tapasan.

Hər zaman həyatın sevinib, sevilməklə keçsin. Ürəyimdə sənə olan arzularım bitib tükənməzdir. Tezliklə mənim toyumda qol qanad açıb ürəklə oynayasan, inşallah. Bilirəm ki, ən böyük arzun budur. Mən də çalışıram sənin arzunu yerinə yetirim. Bir daha doğum günün mübarək mənim gözəl Anam.

Allah sənə can sağlığı, uzun ömür versin, amin İnşallah".

Geri qayıt