Əsas Səhifə > Şou-biznes > Aygün bunu da etdi...

Aygün bunu da etdi...


14-08-2017, 13:59
Aygün bunu da etdi...
DİA.AZ: - Xəbər verdiyimiz kimi, sentaybrın 22-də xalq artisti Aygün Kazımovanın solo konserti baş tutacaq.

DİA.AZ-ın məlumatına görə, “Aygün Kazımova – 30 il” adlanan konsert “Crystal hall”da gerçəkləşəcək. Müğənni komandası ilə birlikdə möhtəşəm şou hazırlayır.

A.Kazımova həmin gün dünya ulduzlarından geri qalmayacağını bildirib. O, tamaşaçılara xarici ulduzların konsertlərində nümayiş olunan şou vəd edib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən konsert üzərində fransız xareoqraf və rejissor Red Bentifor çalışır. Onunla birlikdə Bakıya çalışdığı rəqqaslar və aktyorlar gəliblər. Rəqqaslar Amerika, Kolumbiya, İtaliya və Fransadandılar.

Tədbirin səs rejissorluğu Jerar Albodur. Jerar Rihanna, Betti Smit kimi ulduzlarla çalışıb. Konsertin ssenaristi Argentinadan gələn Santyaqo Fernandezdir. Layihədə A.Kazımovanın prodüserliyini gürcü Stefani Mqerbrişvili edir.

Müğənninin geyimlərini modelyer Rüfət İsmayılov hazırlayacaq. Səhnə dekorasiyası üzərində isə Tea Teliya çalışır. Kosnertin musiqi prodüseri əməkdar artist, “Rast” qrupunun rəhbəri Rəşad Haşımovdur.

Biletlərin qiyməti 10 manatdan başlayır.

Geri qayıt