Əsas Səhifə > Şou-biznes > Bu da Açelya Elmasın yeni klipi

Bu da Açelya Elmasın yeni klipi


11-08-2017, 08:50
Bu da Açelya Elmasın yeni klipi
DİA.AZ: - Türkiyə estradasının ulduz simalarından olan, tanınmış müğənni və aktrisa Açelya Elmasın yaradıcılığında yenilik var.

İfaçının mətbuat xitmətindən DİA.AZ-a verilən məlumata görə, yeni mahnı "Sevabın Hazır mı?" adlanır. Müğənni mahnının uğurlu olacağına inanır.

Türkiyənin super starı Açelya Elmasın İstanbulda çəkdirdiyi "Sevabın Hazır mı?" mahnısının klipi internet istifadəçiləri üçün təqdim olunub.

Ekran işində əsas qəhrəman obrazını qardaş ölkənin nüfuzlu "DNZ Prodüksiyon" şirkəti ilə uğurlu əməkdaşlığını davam etdirən Açelyanın özü canlandırıb.

Adıçəkilən bəstənin sözləri Gökhan Şahina, musiqisi həmçinin aranjmanı Nida Şana məxsus olan klipin rejissoru, Türkiyənin bir çox məşhur sənətçiləri ilə çalışan Ekran Nasdır. Sevgilisindən ayrılan qadın obrazını mükəmməl şəkildə yaradan sevilən ulduzun tərəf müqabili Barış Egemen Göçmendir.


Geri qayıt