Əsas Səhifə > Şou-biznes > Renkanın yeni layihəsi

Renkanın yeni layihəsi


9-08-2017, 08:39
Renkanın yeni layihəsi
DİA.AZ: - Tanınmış rəqqasə Renka, bacısı istedadlı rəssam və dizayner Səadət və darbuka-davul ifaçısı Elşən Məmmədov "Güçlü komando" adlı layihəyə imza atıblar.

DİA.AZ xəbər verir ki, rəqqasə layihə barədə saytımıza belə açıqlama verib:

"Layihənin ideyası bacımla mənim fikrim idi. Biz də Yusif Şıxıyevə müraciət etdik. Seçimimdə isə yanılmamışam, çox gözəl fotolar alındı. Buna görə Yusifə təşəkkür edirəm".

Daha sonra Renka qarşıdakı planlarını dilə gətirib: "Yeniliklərim çoxdur, gərək başlasam səhərə kimi danışım. Süprizlər çox olacaq. Tezliklə pərəstişkarlarımı yeni layihələrimlə sevindirəcəm".

Renkanın yeni layihəsi
Renkanın yeni layihəsi
Renkanın yeni layihəsi

Geri qayıt