Əsas Səhifə > Şou-biznes > Humay Muxtarova heyvanlar üçün çağırış etdi

Humay Muxtarova heyvanlar üçün çağırış etdi


1-08-2017, 15:22
Humay Muxtarova heyvanlar üçün çağırış etdi
DİA.AZ: - Dünən sosial mediada yayılan maşına bağlanılıb, sürütlənən itin videosuna bir çox məşhur sərt reaksiya verib.

DİA.AZ xəbər verir ki, onlardan biri də "Lider maqazin" proqramının aparıcısı Humay Muxtarova olub.

O, sosial media hesabında paylaşdığı videoda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və dövlət qurumlarından bu hadisəyə göz yummamağı xahiş edib:

"Səhərin açılmağını gözləyirəm, gözümə yuxu getmir. Leyla xanıma, hüquq-mühafizə orqanlarına və yol polislərinə səslənirəm. Bu vəhşiliyi edən şərəfsizlər hər kəsin gözü qarşısında cəzalandırılmalıdır. Bir canlını maşına bağlayıb sürümək nə dərəcədə düzgündür? Sizin Allahdan qorxunuz yoxdur?". Göz yaşlarını saxlaya bilməyən aparıcı daha sonra fikirlərinə belə davam edib: "Bu sürünən iti görəndən özümə yer tapa bilmirəm.

Onlar da canlıdır, Allah yaradıb. Heyvanlara dəstək olaq. Öldürürlər, yandırırlar, diri-diri soyurlar, kəsirlər.

Allah bunu əsla götürməz".

Geri qayıt