Əsas Səhifə > Şou-biznes > "Hər kəsə nəsib olmaz belə görkəmli bir səhnə də konsert vermək"

"Hər kəsə nəsib olmaz belə görkəmli bir səhnə də konsert vermək"


31-07-2017, 08:31
"Hər kəsə nəsib olmaz belə görkəmli bir səhnə də konsert vermək"
DİA.AZ: - Xalq artisti Aygün Kazımova sentyabrın 22-si "Crystall Hall"da solo konsert proqramı ilə çıxış etməsinə türkiyə mediası, həmçinin türkiyənin məşhur simaları da biganə qalmayıb.

DİA.AZ xəbər verir ki, onlardan biri də Türkiyənin məşhur nəğməkar şairə Ayşe Birgül Yılmaz olub. Aygün Kazımova "Crystall Hall"da keçirəcəyi solo konsert proqramına sevinən nəğməkar şairə onun şəkilini paylaşaraq dilə gətirib:

"Azərbaycanın divası Aygün Kazımova dünya starlarının səhnə aldığı "Crystal Hall"da 22 Sentyabrda ki, konserti üçün bir-birindən cazibədar pozalarıyla 30-cu sənət ilini də qeyd edəcək.

Diva üçün nə deyilə bilər ki... Hər kəsə nəsib olmaz belə görkəmli bir səhnə də konsert vermək və DİVA olmaq. Özünə daha neçə-neçə 30 illər arzulayıram".

Qeyd edək ki, nəğməkar şairə Ayşe Birgül Yılmaz Bülent Ersoy, Ebru Gündeş, Sibel Can, Seda Sayan, Muazzez Ersoy, mərhum Zeki Müren və bir çox azərbaycanın tanınmış müğənnilərin mahnılarının söz yazarıdır.

"Hər kəsə nəsib olmaz belə görkəmli bir səhnə də konsert vermək"

Geri qayıt