Əsas Səhifə > Şou-biznes > Renka ilə Elton yenidən bir arada

Renka ilə Elton yenidən bir arada


25-07-2017, 08:45
Renka ilə Elton yenidən bir arada
DİA.AZ: - Tanınmış oriyental rəqqasə Renka ilə bağlı yeni xəbərlər var.

DİA.AZ saytının məlumatına görə, bir vaxtlar aralarından su keçməyən, sonralar bəlli olmayan səbəblərdən küsülü olan Renka ilə son vaxtlar yaradıcılıq fəaliyyətini aktivləşdirən istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev yenidən bir araya gəlib. Hətta hər iki tanımışlarının birlikdə yenidən iş birliyinə başlanmasını bildirilir.

E. Hacıyev DİA.AZ-a açıqlama verərək, Renkaya qarşı yanlışlıq etdiyini söyləyib və barışıq addımı atıb:

"Renka ölkənin ən parlaq oriyental ulduzudur. Çoxu deyə bilər ki, əvvəl başqa danışırdı, indi başqa. Bir az zaman keçəndən sonra insan fikirləşir, səhvini başa düşür. Söz-söhbət başlayanda, barışıq üçün ilk kişi addım atmalıdır. Oturub gözləməyəcəm ki, xanım mənə zəng vursun. Renka xanımla münasibət yaxşı deyildi, zəng vurdum, könlünü aldım. O da barışıq istəyimi geri çevirmədi. Artıq bu gündən şərq rəqsin sultanı Renka ilə yenidən işbirliyinə başlamışam.Gözləyin, yeni xəbərlər gəlir".

Geri qayıt