Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı müğənni beynəlxalq müsabiqəyə qatılacaq

Azərbaycanlı müğənni beynəlxalq müsabiqəyə qatılacaq


19-07-2017, 11:35
Azərbaycanlı müğənni beynəlxalq müsabiqəyə qatılacaq
DİA.AZ: - DİA.AZ-ın xəbərinə görə, Almaniyada yaşayan həmyerlimiz, azərbaycanlı müğənni Seyran İsmayılxanov avqustun 18-də “Peace Festival” beynəlxalq müsabiqədə iştirak edəcək. Müğənni bu barədə istifadə etdiyi sosial şəbəkədə status paylaşıb. S.İsmayılxanovun iştirak edəcəyi müsabiqə barədə müğəninin özü ilə əlaqə saxladıq.

O, beynəlxalq müsabiqədə iştirak edəcəyini təsdiqlədi: “Müsabiqə ilə bağlı artıq hazırlıq işləri gedir. Həmin müsabiqədə azərbaycan xalq mahnıları ilə yanaşı, öz mahnılarımı da dinləyicilərə çatdıracam”.

Azərbaycanlı müğənni beynəlxalq müsabiqəyə qatılacaq

Geri qayıt