Əsas Səhifə > Şou-biznes > "Ən böyük hədəflərimdən biri..."

"Ən böyük hədəflərimdən biri..."


19-07-2017, 07:53
"Ən böyük hədəflərimdən biri..."
DİA.AZ: - Tanınmış türkiyəli müğənnisi Damla "Süper Aşik" sinqlı ilə son günlərdə adından söz etdirir. Tanınmış müğənni yeni mahnısı və fotosessiyası ilə Türkiyə mediasının manşetlərini bəzəyib.

DİA.AZ xəbər verir ki, Türkiyənin musiqi bazarına iddialı girən Almaniyada yaşayan türkiyəli müğənni Damla qardaş ölkənin " muzikonair.com" saytına verdiyi geniş müsahibəsi ilə gündəmdədir.

Tanınmış saytda Damlanın səhnə fəaliyyəti, şəxsi həyatındakı bəzi gizli məqamlar oxuculardan gizli saxlanılmayıb.

Müsahibəsində Damla bildirir ki, tanınmış türkiyəli bəstəkar Şehrazatın onun üçün yazıldığı "Süper Aşik" mahnısı hit-paradlarda çox uğurlu yer tutub. Mahnıya peşəkar komandanın klip çəkməsi də məxsusi olaraq diqqətə bildirilib.

Damla vurğulub ki, Türkiyə şou-biznesində daha iri addımlarla irəliləmək üçün Şehrazat, Ümit Sayın qələmlərinin məhsulu olan bəstələrini ifa edib. Mahnılar mükəmməl aranjmanda geniş dinləyici auditoriyasına təqdim olunub.

"Ən böyük hədəflərimdən biri..."

Geri qayıt