Əsas Səhifə > Şou-biznes > Hadise, Atiye, Çandan Erçetin və Pamelanı Damla ilə birləşdirən nədir?

Hadise, Atiye, Çandan Erçetin və Pamelanı Damla ilə birləşdirən nədir?


17-07-2017, 07:37
Hadise, Atiye, Çandan Erçetin və Pamelanı Damla ilə birləşdirən nədir?
DİA.AZ: - Türkiyəli müğənni Damla işləyəcəyi şirkətin adını açıqlayıb.

Müğənni DİA.AZ-a açıqlamasında İstanbuldakı "Pasaj Muzik" musiqi şirkəti ilə müqaviləsinin vaxtını uzadıb.

Bundan sonra Damla bütün yeniliklərini həmin şirkətin tərkibində reallaşdıracaq:

“Artıq “Pasaj Muzik” şirkəti ilə müqaviləsinin vaxtını uzatdım. Bu şirkətdə Hadise, Çandan Erçetin, Atiye, Pamela kimi məşhurlar var. Ən qısa zamanda yeni mahnıma ekran həyatı verəcəm”.

Yeniləşən imicli Damlanın türk şou gündəmini silkələyəcək bomba kimi xəbərləri davamlıdır, gözləməyə dəyər.

Geri qayıt