Əsas Səhifə > Şou-biznes > Pop star Anar sayt açdı

Pop star Anar sayt açdı


6-07-2017, 08:43
Pop star Anar sayt açdı
DİA.AZ: - Moskvada Rusiya şou-biznesini fəth etməyə qərar verən pop star ANAR özünə sayt açıb.

DİA.AZ xəbər verir ki, bu barədə müğənninin özü məlumat verib.

O bildirib ki, bundan sonra fəaliyyətindəki ən son yenilikləri öz şəxsi saytında dərc etdirəcək: "Artıq mən də öz şəxsi saytımı açdım. Bundan sonra məni izləyənlər, sevənlər gördüyüm işlərlə daha yaxından tanış olmaq üçün anar - official.com saytına daxil ola bilərlər".

Məlumata görə, sayta daxil olmaqla müğənninin ən son yeniliklərini, onun sənətə başladığı andan bu günədək ifa etdiyi mahnıları, klipləri və konsertləri izləmək mümkün olacaq.

Pop star Anar sayt açdı

Geri qayıt