Əsas Səhifə > Şou-biznes > Əkbər üçün özəl gün

Əkbər üçün özəl gün


1-07-2017, 09:50
Əkbər üçün özəl gün
DİA.AZ: - İllərdir Azərbaycan şou-biznesində fərqli ifası, səhnə mədəniyyəti, kübarlığı ilə seçilən müğənni Əkbərin doğum günüdür.

DİA.AZ xəbər verir ki, 39 yaşını qeyd edən super ulduz təbriklərdən başını itirdiyini bildirib:

"Sevinirəm ki, ətrafımdan bu qədər dəyər görürəm. Telefonum susmur. Jurnalistlər, sənətçi dostlarım, tanıyıb-bilən hər kəs təbrik edir. Gecədən çalışıram ki, hər kəsin təbrikini qarşılıqsız qoymayım”.

DİA.AZ saytının kollektivi super ulduz Əkbərə möhkəm cansağlığı, fəaliyyətinində uğurlar arzulayır.

Geri qayıt