Əsas Səhifə > Şou-biznes > Rəqqasə Renka və Rafetin konserti təxirə salındı

Rəqqasə Renka və Rafetin konserti təxirə salındı


17-06-2017, 08:39
Rəqqasə Renka və Rafetin konserti təxirə salındı
DİA.AZ: - Oriyental rəqqasələr arasında peşəkarlığı ilə seçilən Renka və Türkiyəli müğənni Rafet El Romanın iyunun 16-da keçirilməsi planlaşdırılan Bakı konserti təxirə düşüb.

DİA.AZ-ın məlumatına görə, bu haqda ifaçı bunları deyib:

“Təşkilatçılıq işləri ilə əlaqədar bu gün Bakı konsertində ola bilməyəcəm. Bu işdə mənim və yaradıcı heyətimin heç bir günahı yoxdur. İnşallah, ən yaxın zamanda başqa konsertdə görüşəcəyik”.

Gecənin təşkilatçısı Nahid Emiloğlu isə konsertin başqa vaxta salındığını söyləyib. O bildirib ki, yaxın günlərdə yeni tarix açıqlanacaq:

“Bu konsert üçün alınan biletlər növbəti tədbirdə keçərli olacaq. Heç kim bundan narahat olmasın”.

Qeyd edək ki, rəqqasə Renka və Rafetin konserti “Elite Events hall”da baş tutacaqdı.

Geri qayıt