Əsas Səhifə > Şou-biznes > Anar, Svetlana Loboda, Filipp Kirkorov və Ani Lorak...

Anar, Svetlana Loboda, Filipp Kirkorov və Ani Lorak...


5-06-2017, 08:09
Anar, Svetlana Loboda, Filipp Kirkorov və Ani Lorak...
DİA.AZ: - Gənc ulduz ANAR Rusiyada keçirilən bir yarışmada iştirak edəcək.

DİA.AZ xəbər verir ki, iyunun 9-da Rusiyada musiqi və televiziya sahəsində nailiyyət qazanmış tanınmış simalara təqdim olunan ənənəvi "МУЗ ТВ 2017" (MUZ TV) mükafatı öz sahiblərini tapacaq. Artıq 15-ci dəfə təşkil olunacaq mükatlandırma mərasimi Moskvada "Olimpiya İdman Kompleksi"ndə düzənlənəcək.

Əldə etdiyimiz məlumata görə, hazırda qardaş ölkədə yaradıcılıq işləri ilə bağlı səfərdə olan pop star ANAR bu mötəbər bayramda fəxri qonaqlardan biri kimi çıxış edəcək. .....Az-ın əməkdaşının telefon zənginə cavab verən ANAR məlumatı təsdiqlədi və bildirdi ki, tanınmış rus müğənnilərinin çıxış edəcəyi mərasimə Azərbaycandan olan fəxri qonaq kimi qatılacaq.

Məlumat üçün bildirək ki, MUZ TV telekanalının canlı efirində nümayiş oluncaq "МУЗ ТВ 2017"də Svetlana Loboda, Ani Lorak, Timati, Nikolay Baskov, Filipp Kirkorov, Dima Bilan kimi məşhur sənətçilər çıxış edəcəklər.

Anar, Svetlana Loboda, Filipp Kirkorov və Ani Lorak...
Anar, Svetlana Loboda, Filipp Kirkorov və Ani Lorak...

Geri qayıt