Əsas Səhifə > Şou-biznes > "Deyirlər ki, mən Aygün Kazımovaya bənzəyirəm..."

"Deyirlər ki, mən Aygün Kazımovaya bənzəyirəm..."


3-06-2017, 10:05
"Deyirlər ki, mən Aygün Kazımovaya  bənzəyirəm..."
DİA.AZ: - Azərbaycanda xına mərasimlərinin təşkili ilə məşğul olan müğənni Gülnar Babayeva ilə xalq artisti Aygün Kazımova paytaxt restoranların birində qarşılaşıb.

DİA.AZ-ın məlumatına görə, məclisdə görüşən ifaçılar fotolar çəkdirib.

Müğənni Gülnar şəkli İnstaqram səhifəsində paylaşaraq, “Əziz instaqram dostlarım çox deyirdiniz ki, mən bu xanıma bənzəyirəm, məndə sizlər üçün belə bir rəsim çəkdim Aygün xanımla. İndi baxın rahat, Aygün xanım çox mehriban səmimi və hər birimizin sevdiyi sənətçidir. Hər zaman belə dostları, əzizləri ilə özəl günlərdə olsun” sözlərini yazıb.

Geri qayıt