Əsas Səhifə > Şou-biznes > "Kids Fashion Awards"da Anar "fırtınası əsdi"

"Kids Fashion Awards"da Anar "fırtınası əsdi"


3-06-2017, 09:37
"Kids Fashion Awards"da Anar "fırtınası əsdi"
DİA.AZ: - Moskvada Rusiya şou-biznesini fəth etməyə qərar verən pop star ANAR ötən gün Rusiyada keçirilən "Kids Fashion Awards" gecəsində şou konsert proqramı ilə çıxış etdi.

DİA.AZ xəbər verir ki, 31 may tarixində Rusiyanın paytaxtı Moskva şəhərində "Kids Fashion Awards" müsabiqəsində pop star ANAR iştirak edir. Bütün yaraşıqı ilə hərkəsi özünə cəlb edən pop star "Dudu" mahnısını türk dilində oxudu. Böyük alqışlarla səhnəyə çıxan ANAR yenə də olduqca yaraşıqlı və təkrarolunmaz idi.

Qeyd edək ki, ANAR iyunun 3-də Moskvada baş tutacaq "Битва Стилистов 2017" möhtəşəm tədbirdə şou konsert proqramı ilə çıxış edəcək.


Geri qayıt