Əsas Səhifə > Şou-biznes > Rəqqasə Renka Didəmə nələr dedi?

Rəqqasə Renka Didəmə nələr dedi?


2-06-2017, 08:33
Rəqqasə Renka Didəmə nələr dedi?
DİA.AZ: - Azərbaycanda oriyental rəqqasələr sırasında özünəməxsusluğu ilə seçilən Renka ilə türkiyəli rəqqasə Didem Kınalı İstanbulda qarşılaşıb.

DİA.AZ-ın məlumatına görə, türkiyənin elit məkanlarından birində görüşən ifaçılar fotolar çəkdirib.

Rəqqasə Renka şəkli İnstaqram səhifəsində paylaşaraq, “Repertuarından rəqslərindən nümunə aldığım tək oriyental rəqqasə məşhur və mənim üçün əfsanəvi Didem. Dünənki bu gözəl üçün qonaqpərviliyin üçün çox təşəkkür edirəm” sözlərini yazıb. Şəkildə Türkiyədə yaşayan menecer Omar Şahin da yer alib. Renka, ona dəstək üçün menecer Omar Şahina təşəkkürünü bildirib.

Qeyd edək ki, oriyental ulduz Renka iyunun 16-da Bakıda "Elite Events Hall"da baş tutacaq konsertinə hazırlaşır.

Geri qayıt