Əsas Səhifə > Şou-biznes > "Məni hər obrazda görüblər, amma belə yox"

"Məni hər obrazda görüblər, amma belə yox"


30-05-2017, 09:19
"Məni hər obrazda görüblər, amma belə yox"
DİA.AZ: - Qısa zamanda internet fenomeninə çevrilən "Diva" ləqəbli istedadlı müğənni Burhan Sultan imicində qeyri-adi dəyişiklik edəcək.

Müğənni Dia.AZ-a açıqlamasında hər kəsi təəccübləndirəcəyini iddia edib:

“Çox gözlənilməz bir fotosessiya olacaq. Növbəti layihəmlə əlaqədardır. Məni hər obrazda görüblər, amma belə yox. Özüm də o layihənin təqdimatını səbirsizliklə gözləyirəm. Maraqlıdır ki, sevənlərim bu cür Burhana necə reaksiya verəcəklər”.

Geri qayıt