Əsas Səhifə > Şou-biznes > Hacı Ağaların yeni duet ortağı kimdir?

Hacı Ağaların yeni duet ortağı kimdir?


30-05-2017, 08:55
Hacı Ağaların yeni duet ortağı kimdir?
DİA.AZ: - Ukraynada keçirilən “X-Factor” musiqi şousunun iştirakçısı şirin avazı ilə seçilən gənc müğənni Hacı Ağalar yeni duet ortağı ilə hər kəsi şoka salıb.

Gənc müğənni Hacı Ağalar yaradıcılıq işlərindən söz açıb.

DİA.AZ-a açıqlama verən müğənni bildirib ki, yeni mahnı üzərində çalışır və ekstrasens Bayram Nurlu münasib mahnı tapsalar, bu il onlar birgə duet mahnı təqdim edəcəklər : “Hər zaman olduğu kimi yaradıcılıq işlərimi davam etdirirəm. Yeni mahnılar yazdırmışam. Bununla yanaşı, ekstrasens Bayram Nurlu ilə də duetə hazırlaşırıq. Yeni layihələr də var. Tam hazır olduqdan sonra, bu barədə məlumat verəcəm”, - deyə o əlavə edib.



Geri qayıt