Əsas Səhifə > Şou-biznes > Stilist Gülruh 26 kilo arıqlamasının sirrlərindən danışdı

Stilist Gülruh 26 kilo arıqlamasının sirrlərindən danışdı


30-05-2017, 08:45
Stilist Gülruh 26 kilo arıqlamasının sirrlərindən danışdı
DİA.AZ: - Tanınmış stilist - vizajist Gülruh Nəcəfova arıqlama sirrini açıb.

DİA.AZ xəbər verir ki, instagramda etdiyi paylaşımla bir gecənin içində məşhurlaşan stilist-vizajist Gülruh Nəcəfova 26 kiloqram arıqlayaraq 123 kilodan 97 kiloya düşüb.

Amma stilist - vizajist hələ 20 kilo da arıqlamaq fikrindədir. O, mədə kiçiltmə əməliyyatı ilə arıqladığını etiraf edib. İstədiyi çəkiyə düşmək üçün Gülruh Nəcəfova həkim və dietoloqu ona əmliyyatdan sonra xüsusi bir qida rasionu proqramı yazıblar. Stilist - vizajist şirniyyatdan bir dəfəlik imtina etdiyini də bildirib.

G.Nəcəfova istədiyi çəkiyə qədər pəhrizini davam etdirəcəyini deyib.

Qeyd edək ki, stilist - vizajist ötən ilin qışında Bakıda yerləşən özəl “Medera Hospital” klinikasında peşəkar həkim Fərid Quliyev tərəfindən mədə kiçiltmə əməliyyatı həyata keçirilib.

Stilist Gülruh 26 kilo arıqlamasının sirrlərindən danışdı
Stilist Gülruh 26 kilo arıqlamasının sirrlərindən danışdı

Geri qayıt