Əsas Səhifə > Şou-biznes > Rəqqasə Renka eyni səhnəni hansı türk ulduzla bölüşəçək?

Rəqqasə Renka eyni səhnəni hansı türk ulduzla bölüşəçək?


27-05-2017, 13:32
Rəqqasə Renka eyni səhnəni hansı türk ulduzla bölüşəçək?
DİA.AZ: - Tanınmış oriyental rəqqasəsi Renka türkiyəli müğənni Rafet el Romanla eyni səhnəni bölüşəcək.

Rəqqasə DİA.AZ-a açıqlamasında paytaxtın elit məkanlarından birində baş tutacaq konsertinə xüsusi hazırlaşdığını bildirib:
“Hər çıxışım bir şoudur. Mənim üçün səhnə müqəddəs məkandır. Konsertə ciddi hazırlaşıram. Eksklüziv səhnə kostyumum olacaq. Həmin libasın üzərində bir neçə modelyer işləyir. Bundan əlavə, hazırlanmış bir neçə yeni rəqslərim var. Onlar hələ heç yerdə numayiş olunmayıb. Pərəstişkarlarım həmin rəqsləri konsert axşamı izləyə biləcək. Məni sevənlər bombalara hazır olsun”.
Oriyental rəqqasələr arasında peşəkarlığı ilə seçilən Renka iyunun 16-da saat 20:00-da Bakının əyləncə məkanlarından birində Rafet el Romanla eyni səhnəni bölüşəcək.
Qeyd edək ki, axşamın aparıcısı Lətafət Ələkbərovadır.

Konserti Nahid Emiloğlu təşkil edib.

Rəqqasə Renka eyni səhnəni hansı türk ulduzla bölüşəçək?

Geri qayıt