Əsas Səhifə > Şou-biznes > “Mən özümü Nərgiz Zakirovaya oxşatmıram”

“Mən özümü Nərgiz Zakirovaya oxşatmıram”


18-05-2017, 08:20
“Mən özümü Nərgiz Zakirovaya oxşatmıram”
DİA.AZ: - Bu iddialı cıxış haqda hələ çox danışılacaq.

"Miss Suzi" ləqəbli tanınmış model və aktrisa Suzan özünü “Qolos” layihəsinin iştirakçısı və epataj müğənni Nərgiz Zakirovaya oxşatması ilə bağlı yayılan söz-söhbətlərə cavab verib.

Bu barədə DİA.AZ-a açıqlama verən Suzan bildirib ki, imicinin dəyişməkdə özünü kimsəyə bənzətməyib: “ Mən Suzanam. Heç kimə də bənzəmək istəmirəm, kimsə də məni heç kimə bənzətməsin. Mən özümü Nərgiz Zakirovaya oxşatmıram. Onun öz yeri var, mənim öz yerim”.

Qeyd edək ki, "Miss Suzi" ləqəbli tanınmış model və aktrisa Suzan çox qısa yaradıcılıq fasiləsindən sonra yeni fərqli fotosessiya etdirmişdir.

Geri qayıt