Əsas Səhifə > Şou-biznes > "Özünə hörmət edən şəxs qalmaqal yaratmaz"

"Özünə hörmət edən şəxs qalmaqal yaratmaz"


11-05-2017, 08:23
"Özünə hörmət edən şəxs qalmaqal yaratmaz"
DİA.AZ: - "Rusiyaya səfərə hazırlaşıram. İyun və iyulda alboma daxil olacaq mahnıları işləmək üçün orada bəstəkarlarla görüşəcəm".

Bu sözləri DİA.AZ-a açıqlamasında pop star ANAR deyib.

O bildirib ki, vokal dərsləri alacaq:

"Azərbaycandan kənarda müğənni kimi çalışmaq üçün xaricdə təhsil almağı düşünürəm. Fikrimcə, bu gün təhsilə xərclədiyim pul və vaxt öz bəhrəsini verəcək".

ANAR Azərbaycanda dinləyicilərin sevdiyi mahnı üslubundan danışıb:

"Bu harda və hansı mühitdə yaşayan insandan asılıdır. Qürbətdə yaşayan azərbaycanlılar ölkəmizdə istehsal olunan bütün üslubda mahnıları sevə-sevə dinləyirlər. Çünki onlar qəribçilik çəkir, onlara azərbaycanlılara qulaq asmaq xoşdur. Burada isə müxtəlif kateqoriyada dinləyici var. Kimi milli, kimi klassik, kimi caz, kimi də Avropa üslublu pop mahnılarını xoşlayır. Musiqi bazarında reklamı güclü olan müğənninin mahnısı dinlənilir və tanınır".

Gənc ifaçı yay aylarında Rusiya səfəri zamanı klip çəkdirəcəyini də söyləyib. O, ekran işini Moskvada lentə aldıracağını deyib.

"Digər sənətçilərdən necə fərqlənməyi düşünürsünüz" sualına müğənni belə cavab verib:

"İdeyalarım çoxdur, lakin hər işin arxasında böyük maliyyə dayanır. Mən də o işləri öz büdcəmlə yox, sponsor dəstəyi ilə etmək istəyirəm. Zamanla bu da olacaq. Əgər o arzularım gerçəkləşsə, şou-biznesə yenilik gətirə bilərəm".

ANAR bəyəndiyi və dinlədiyini müğənnilərdən də söz açıb:

"Azərbaycandan yalnız klassik ifaçılarımızı, hansı ki, peşəkar bəstəkarlarla çalışıb, oxuduğu mahnılara öz möhürünü vurmuş sənətkarları dinləyirəm. Müslüm Maqomayev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Oktay Ağayev, Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova, Zeynəb Xanlarova, Polad Bülbüloğlu, Akif İslamzadəni dinləyirəm. Estrada sahəsində isə Emin Ağalarovu çox bəyənir və onunla fəxr edirəm. Təbii ki, dünya musiqisi də mənim üçün hər zaman maraqlı olub".

Sənətçi qalmaqalla gündəmə gəlməyə qarşı olduğunu deyib:

"Vaxt tapdıqca xəbərləri oxumağa, maqazin verilişlərini izləməyə çalışıram. Reytinq xatirinə qalmaqalı tək bizdə yox, bütün dünyada edirlər. Əgər bir insanın sənəti söz demirsə, qalmaqala əl atacaq. Bu yolla diqqət mərkəzində olmaq istəyir. Bu yolun sonu qaranlıqdır. Özünə hörmət edən şəxs qalmaqal yaratmaz".

"Özünə hörmət edən şəxs qalmaqal yaratmaz"
"Özünə hörmət edən şəxs qalmaqal yaratmaz"
"Özünə hörmət edən şəxs qalmaqal yaratmaz"
"Özünə hörmət edən şəxs qalmaqal yaratmaz"

Geri qayıt