Əsas Səhifə > Şou-biznes > Mehriban və Fərhad “Mənim həyat yoldaşım”a klip çəkdirdi

Mehriban və Fərhad “Mənim həyat yoldaşım”a klip çəkdirdi


11-05-2017, 08:08
Mehriban və Fərhad  “Mənim həyat yoldaşım”a klip çəkdirdi
DİA.AZ: - Kübar səsli Mehriban Nurayla özünəməxsusluğu ilə seçilən Fərhad Əhlimanoğlunun birgə ifa etdiyi “Mənim həyat yoldaşım” adlı mahnı qısa zaman ərzində kifayət qədər dinləyici rəğbəti qazandı.

DİA.AZ-ın məlumatına görə, söz və musiqi Fərhad Əhlimanoğluna məxsus mahnı son günlərində artıq hit olmağa doğru gedir.

Müğənnilər bu yaxınlarda mahnıya klip çəkdiriblər. “Mənim həyat yoldaşım” ı bu gündən etibarən tamaşaçıların ixtiyarına verilib. Klipi rejissor Rauf Sahiboğlu lentə alıb.

Klip yalnız Fərhadın rəsmi youtube kanalında, “Fərhad Əhlimanoğlu”da təqdim olunub.

Bu da gözlənilən “Mənim həyat yoldaşım” klipi.



Geri qayıt