Əsas Səhifə > Şou-biznes > "Qala" Ceyhunun duet ortağı kimdir?

"Qala" Ceyhunun duet ortağı kimdir?


4-05-2017, 08:15
"Qala" Ceyhunun duet ortağı kimdir?
DİA.AZ: - “Qala” qrupunun rəhbəri, müğənni-bəstəkar Ceyhun Əliyev bu dəfə yenidən qadın həmkarı ilə duet oxuyacaq.

DİA.AZ-ın məlumatına görə, sənətçinin duet ortağı xalq artisti Aygün Kazımova olacaq:

"Böyük bir proyekt gəlir yaxında, duet ortağım ele insanıdr ki, onun sənətinə böyük hörmətim var, bu xanımın adı xalq artisti, səhnəmizin divası Aygün Kazımovadır. Aygün Kazımova ilə çoxdandır arzuladığımız dueti hazırlayırıq. Yaxın günlərdə bunu hamı eşidəcək."

Qeyd edək ki, keçən yay onların çox uğurlu iş birliyi oldu. Ceyhun Qalanın söz və musiqisi olan "Orasına - burasına" adlı mahnı iki aya bir milyon baxış sayı yığmışdır.



Geri qayıt