Əsas Səhifə > Şou-biznes > "İlin mahnısı"na mükafatı Seyran aldı

"İlin mahnısı"na mükafatı Seyran aldı


4-05-2017, 08:01
"İlin mahnısı"na mükafatı Seyran aldı
DİA.AZ: - Pop star Almaniyada yeni mahnısı ilə birinci oldu.

Kölndə yaşayan həmyerlimiz, azərbaycanlı müğənni Seyran İsmayılxanov altı il yaradıcılıq fasiləsindən sonra pərəstişkarlarını "Schutzengel" (Qoruyucu mələk) adlı yeni albomu ilə sevindirib. Seyran İsmayılxanovun müəllifi olduğu mahnı "Schutzengel" (Qoruyucu mələk) Almaniyada artıq radiolarda dinlənilmə rekordu qırması ilə bağlı xəbər vermişdik.

DİA.AZ xəbər verir ki, bir neçə aydır Almaniyada davam edən sorğuda “İlin mahnısı” müəyyənləşib. Azərbaycanlı ifaçı Seyranın "Schutzengel" (Qoruyucu mələk) mahnısı Almaniyada "Radio mahnı" müsabiqəsi çərçivəsində "İlin mahnısı" mükafatına layiq görülüb.

"İlin mahnısı"na mükafatı Seyran aldı

Geri qayıt