Əsas Səhifə > Şou-biznes > "Второе дыхание" ruslar tərəfindən sevildi

"Второе дыхание" ruslar tərəfindən sevildi


3-05-2017, 07:53
"Второе дыхание" ruslar tərəfindən sevildi
DİA.AZ: - Pop star ANAR rus mediasını lərzəyə gətirir.

DİA.AZ xəbər verir ki, gənc ulduz ANARın "Второе дыхание " adlı mahnıya çəkdirdiyi klipi bu gündən etibarən Rusiyanın əksər musiqi kanallarında və internet portallarında yayımlanmağa başlayıb.

"Второе дыхание " yeganə hit oldu ki, qardaş ölkənin nüfuzlu internet saytında da yerləşdirilib. Rusiyanın bütün musiqi kanallarında yerləşdirilən "Второе дыхание " mahnı ilk azərbaycan musiqisidir ki, özünə yer tapıb. Dünyaca məşhur Ello TV kanalında ANARın 2 klipi yayımlanır.

Rusiyanın əcnəbilər üçün yayım edən internet musiqi kanalları - Newsvideo.su, Allclips.org, Pressta.ru, Russian.avan360.com, Musecube.org, Yandex.ru və və digər saytlarda bu barədə geniş məlumat verilərək, ANARın klipi təqdim olunub.

Xatırladaq ki, " Второе дыхание" (İkinci nəfəs) adlanan mahnının söz və musiqi rusiyanın əksər sənətçilərinə mahnılar bəstələmiş hitmeyker Aleksandr Sokolova məxsusdur.


"Второе дыхание" ruslar tərəfindən sevildi
"Второе дыхание" ruslar tərəfindən sevildi
"Второе дыхание" ruslar tərəfindən sevildi


Geri qayıt