Əsas Səhifə > Şou-biznes > Anar hansı dünya ulduzu ilə səhnəni bölüşəcək?

Anar hansı dünya ulduzu ilə səhnəni bölüşəcək?


18-04-2017, 08:02
Anar hansı dünya ulduzu ilə səhnəni bölüşəcək?
DİA.AZ: - Azərbaycan estradasının pop starı ANAR dünya arenasına çıxacaq.

DİA.AZ-ın məlumatına görə, böyük bir layihəyə imza atmağa hazırlaşan müğənni, dünya ulduzlarından biri ilə səhnəni paylaşacaq. Pop star sözügedən ulduzun adını gizli saxlayır.

ANAR komandası ilə bir neçə aydır ki, BƏƏ-nin Dubay Əmirliyinin ən yaxşı arenaları siyahısına düşən "Music Hall"un səhnəsində möhtəşəm şou göstərməyə hazırlaşır. Bu arenada Amr Diab, Brayn Adams, "Via - Qra" qrupu, Valeriy Meladze, Selena Gomez, Elton Con, Rihanna və bir sıra dünya ulduzları konsert proqramı ilə çıxış edib. ANAR adıçəkilən beynəlxalq səhnəsində çıxış edən ilk azərbaycanlı sənətçidir.

Geri qayıt