Əsas Səhifə > Şou-biznes > İrina Dubtsova Anar üçün mahnı yazacaq

İrina Dubtsova Anar üçün mahnı yazacaq


6-04-2017, 08:27
İrina Dubtsova Anar üçün mahnı yazacaq
DİA.AZ: - Rusiyalı məşhur müğənni-bəstəkar İrina Dubtsova pop star ANAR üçün mahnı hazırlayır.

DİA.AZ-a açıqlama verən ANARın PR Meneceri Elton Hacıyev bu barədə məlumatlı olduqlarını və mahnını səbirsizliklə gözlədiklərini söyləyib : “ANAR Dubtsovanın sənətini çox sevir. Mahnının ANARa yaraşacağına əminik”.

PR Menecer son vaxtlar bütün mahnılarını Rusiyada aranjeman etdirən ANARın gələcək planlarından da söhbət açıb: “Qarşıda görüləcək işlərimiz çoxdur. İndidən nə olacaqlarını desək, dadı-duzu qalmaz. Təkcə onu deyim ki, bu yaxınlarda pərəstişkarları ANARdan çoxlu sayda yenilik görəcəklər”.

Geri qayıt