Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı prodüserdən yeni mahnı gəlir

Azərbaycanlı prodüserdən yeni mahnı gəlir


1-04-2017, 09:45
Azərbaycanlı prodüserdən yeni mahnı gəlir
DİA.AZ: - “Kristal” qrupunun rəhbəri, prodüser Mədinə Məlik yeni mahnı üzərində çalışır.

DİA.AZ-a bu haqda Mədinə xanımın özü məlumat verib: “İstedadlı maqazin jurnalisti və PRmeneceri Elton Hacıyev ilə işbirliyinə başlayandan üzərimdə daha da ciddi çalışıram. Hazırda yeni bəstə hazırlayıram. Mahnının sözləri və musiqisi Ruslan Karslınındır. Onu da deyim ki, Ruslan bu günə qədər bir çox mahnı bəstələyib, sözlər yazıb. Amma hesab edirəm ki, bu, onun ən çox uğur qazanacağı işi olacaq".

Qeyd edək ki, bundan öncə "Kristal" qrupun rəhbəri, prodüser Mədinə Məlik Ruslan Karslının "Canım" mahnısını təqdim etmişdi.



Geri qayıt