Əsas Səhifə > Şou-biznes > "Kristal" qrupundan 3 yeni mahnı gəlir

"Kristal" qrupundan 3 yeni mahnı gəlir


28-03-2017, 08:35
"Kristal" qrupundan 3 yeni mahnı gəlir
DİA.AZ: - Azərbaycanda qızlardan ibarət “Kristal” qrupu hər zaman olduğu kimi öz mahnıları ilə sevənlərinə xidmət etməkdədir.

Qrupun cəzibədar qızları yenidən iş başına keçib. DİA.AZ-a açıqlama verən qrup rəhbəri Mədinə Məlik bildirib ki, "Kristal" qrupu tezliklə Ruslan Karslının "Profilkatika" və "Leyli və Məcnun" mahnısını təqdim edəcək.

Mədinə xanım onu da bildirdi ki, söz və musiqisi Ruslan Karslıya, aranjimanı isə Çoşqun Qadaşova aid "Ayrılmayaq" adlı mahnının aranjimanı prosesi bitmək üzrədir.

Qeyd edək ki, bundan öncə "Kristal" qrupunun rəhbəri, prodüser Mədinə Məlik Ruslan Karslının "Canım" mahnısını təqdim etmişdi.

"Kristal" qrupundan 3 yeni mahnı gəlir

Geri qayıt