Əsas Səhifə > Şou-biznes > "Aytən Əliyevanı təqlid edirlər..."

"Aytən Əliyevanı təqlid edirlər..."


27-03-2017, 09:50
"Aytən Əliyevanı təqlid edirlər..."
DİA.AZ: - Bu iddialı açıqlama haqda hələ çox danışılacaq.

Son vaxtlar yaradıcılıq fəaliyyətini aktivləşdirən istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev DİA.AZ-a açıqlamasında təzə gələn oriyental rəqqasələrin özünü oriyental rəqsin kraliçası Aytən Əliyevaya bənzədib, onun hərəkətlərini təkrarladığını dilə gətirib.

"Başqasının simasıynan özlərini təqdim edirlər, deməli özləri sıfırdırlar. Məhz onun etdiyi bir çox hərəkətlər Azərbaycanda bir müddət sonra demək olar ki, əksər qızların hərəkətinə çevrilir. A.Əliyevanı yamsılayaraq inkişaf etmək istəyirlər. O Allahdan gələn bir şeydir, heç biri onun kimi məşhurlaşıb, populyar ola bilməyəcək. Bu mümkün deyil!" - deyə açıqlamalar verib.

Geri qayıt