Əsas Səhifə > Şou-biznes > 2017-ci ildə popstar ANAR "küləyi əsəcək"...

2017-ci ildə popstar ANAR "küləyi əsəcək"...


24-03-2017, 09:19
2017-ci ildə popstar ANAR "küləyi əsəcək"...
DİA.AZ: - Rusiyada yaradıcılıq işlərini uğurla davam etdirən pop star Anar orada yeni layihələr işlərini tamamlamaq üzrədir.

Beləliklə, DİA.AZ xəbər verir ki, Rusiya şou-biznesinə qatılmağı qarşısına məqsəd qoyan pop star Anarın bir ayağı burada, bir ayağı oradadır. Müğənni növbəti layihəsini çox yaxında Moskvada çıxarmağa hazırlaşır.

“Yaxın müddətdə növbəti layihəni təqdim edəcəm. Səbirsizliklə gözləyirəm. İnşallah 2017-ci il mənim ilim olacaq. Bu il yeni layihələr, mahnılar həyata keçirəcəyəm”.

Bu il ANAR, konsert proqramı ilə sevənlərinin qarşısına çıxmağa hazırlaşır:

"Bu il vətənimdə konsertim olacaq. Artıq ayı da bəllidir. Amma sirr olaraq qalsın. Məşqlərə başlamışam. Səhnə ilə bağlı ideyalarım da var".


Qeyd edək ki, pop star ANARın sürprizlərlə dolu " Второе дыхание" (İkinci nəfəs) klipi martın 27-də təqdim olunacaq.



Geri qayıt