Əsas Səhifə > Şou-biznes > Röya və Sonerdən yeni klip:

Röya və Sonerdən yeni klip:


23-03-2017, 16:24
Röya və Sonerdən yeni klip:
DİA.AZ: - Xəbər verdiyimiz kimi Röya Ayxan ötən həftə Türkiyədə Soner Sarıkabadayı ilə birlikdə ifa etdiyi "O konu" mahnısını təqdim etmişdi.

DİA.AZ xəbər verir ki, bir neçə dəqiqə öncə "Poll Production" rəsmi kanalında mahnının klipi yayımlanıb.

Klipin çəkilişləri Belçika, İsveçrə, Almaniya və Türkiyədə gerçəkləşib. Çəkilişdə istifadə olunan geyimlər özəl olaraq "Game of Thrones" serialının geyim dizayneri tərəfindən tiklib və Liverpuldan gətirilib.

Klipd Soner Sarıkabadayının əynində olan tarixi geyimin çəkisi isə 57 kq olub.

Qeyd edək ki, çəkilişlərdə böyük bir komanda çalışıb. Klipin rejissoru Şenol Korkmaz, prodüseri Yeşim Demirdir.



Geri qayıt