Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı teleaparıcının evində toy olacaq

Azərbaycanlı teleaparıcının evində toy olacaq


18-03-2017, 09:58
Azərbaycanlı teleaparıcının  evində toy olacaq
DİA.AZ: - Tanınmış teleaparıcı İlahə Nizamiqızı toya hazırlaşır.

Bu barədə DİA.AZ-a açıqlama verən teleaparıcı bildirib ki, qızı Nərminin toyu olacaq:

"Allah hər kəsə gözəl bir ailə nəsib etsin. Qızımın xeyir işinə çox az qalıb. Tam mən istəyən kimi kürəkənim var. Tərbiyəsi, dünyagörüşü, özünü aparması ürəyimcədir. İstədiyim xüsusiyyətlərin hamısını onda tapdım. Qız köçürmək çox çətindir. İllərcə övladı böyüdürsən, sonra evdən gedir. Ən böyük arzum cavan nənə olmaqdır".

Geri qayıt