Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova "Gecələrdə"sini təqdim etdi

Aygün Kazımova "Gecələrdə"sini təqdim etdi


18-03-2017, 09:47
Aygün Kazımova "Gecələrdə"sini təqdim etdi
DİA.AZ: - Xalq artisti Aygün Kazımova uzun müddətdir haqqında danışdığı “Gecələrdə” mahnısını təqdim edib.

DİA.AZ xəbər verir ki, mahnının sözləri Azər Şirinə, musiqisi isə Elçin Cəfərova aiddir. Mahnının aranjimanı Tərlan Məmmədhüseynova aiddir.

Qeyd edək ki, mahnının ilk ifaçısı müğənni Elçin Cəfərovdur. O, bəstəsini 3 il əvvəl ifa edib. Təxminən 1 ay öncə səhər saatlarında avtomobildə həmkarının ifasını eşidən xalq artisti Aygün Kazımova zəng edərək mahnını ifa etməsini istəyib. Elə həmin gün iki məşhur səsyazma studiyasında mahnını lentə aldırıb. Mahnı tam olaraq bu gün Aygün Kazımovanın rəsmi “YouTube” kanalına yüklənib.



Geri qayıt