Əsas Səhifə > Şou-biznes > "Müsahibə zamanı mənə dedilər ki..."

"Müsahibə zamanı mənə dedilər ki..."


16-03-2017, 09:27
"Müsahibə zamanı mənə dedilər ki..."
Xəbər verdiyimiz kimi, aktyor Fərda Xudaverdiyev dünyaca məşhur şair, dramaturq Şekspiri tanımayıb. Dahi şairi bəstəkar adlandıran aktyor bununla gündəmə gəlib.

Şekspiri tanımadığına görə izləyicilər tərəfindən sərt tənqid olunan F.Xudaverdiyev BiG.AZ-a açıqlama verib. O, Şekspiri tanıdığını, dahi şairi bəstəkar adlandırmaqla zarafat etdiyini söyləyib:

"Şekspirə bəstəkar demişəm. Bu sadəcə bir zarafat idi. Müsahibə zamanı mənə dedilər ki, maraqlı açıqlama ver, xəbər oxunaqlı olsun. Mən də dahi şair Şekspiri zarafatla bəstəkar adlandırdım. Təbii ki zarafat ediridm".

Geri qayıt