Əsas Səhifə > Şou-biznes > Türkiyəli müğənni azərbaycan rejissora klip çəkdirdi

Türkiyəli müğənni azərbaycan rejissora klip çəkdirdi


10-03-2017, 14:46
Türkiyəli müğənni azərbaycan rejissora klip çəkdirdi
DİA.AZ: - Türk müğənnisi Doğuş çoxdan hazırlaşdığı klip çəkilişlərini həyata keçirib.

DİA.AZ-ın məlumatına görə, ifaçı bu dəfə azərbaycanlı heyəti seçdi. "Yara Bere" adlanan mahnının sözü və musiqisi özünə aiddir. Klipi rejissoru Nail Naiboğlu çəkib.

Klipin rejissoru Nail Naiboğlu bildirib ki, klipin çəkilişi 13 saat davam edib. Klipdə 30 nəfərdən ibarət azərbaycanlı heyəti çalışıb. “Nəhayət türk sənətçilərindən bizə müraciət edən oldu. Deməli, bizim klipmeykerlər heç də onlardan geri qalmırlar. Bu, bütün Azərbaycan klipmeykerlərinin uğurudur”, deyə Nail Naiboğlu bildirib. Uzun illərdir ki, klipmeykerlik fealiyyəti ilə məşğul olan rejissor əcnəbi müğənniyə klip çəkməsini təkcə özünün deyil, digər klipmeykerlərin də uğuru sayır. Türk sənətçisinin “Yara Bere” mahnısına çəkilən klipin prodüsseri Emin Muradov, operatoru Rauf Qurbanəliyevdir. Klipdə Doğuşun tərəf müqabililəri müqabili rəqqasə Renka və “Miss Azerbaijan - 2016” model müsabiqəsinin iştirakçısı Çinarədir. Klip artıq hazırdır.

Rejissor Nail ...AZ-a açıqlamasında türk müğənniləri ilə iş davam etməsini söyləyib. Artıq daha 4 türk müğənnidən "OK"alınıb. Bütün yaradıcı heyəti azərbaycanlılardan ibarət olan “Yara Bere” klipi Türkiyədə və ölkəmizdə yayımlanacaq.

Geri qayıt