Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı aktyorlar türk filmlərində çəkilə biləcək

Azərbaycanlı aktyorlar türk filmlərində çəkilə biləcək


10-03-2017, 08:10
Azərbaycanlı aktyorlar türk filmlərində çəkilə biləcək
DİA.AZ: - "Show Production" gənc aktyor və aktrisalara dəstək olacaq.

DİA.AZ-a bu haqda təşkilatın rəhbəri Azər Bağırov məlumat verib: "Türkiyənin tanınmış iki film agentliyi ilə "Şou Production" arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub. Həmin Agentliklərdən biri “Yüceller filmi” dir.

Digər agentlik haqqında isə növbəti günlərdə məlumat veriləcək. “Yüceller filmi” ilə artq əməkdaşlıq qurulub. Bütün razışalmalar tamamlanıb. Əldə olunan əməkdaşlığa əsasən "Show Production" Azərbaycanda seçim turları təşkil edərək, Türkiyənin tanınmış seriallarına Azərbaycandan aktyor və aktrisalar göndərəcək. Həmin agentliyin təmsilçiləri yaxın günlərdə ölkəmizə gələcək. “Yüceller filmi”nin təmsilçisi artıq üç ildir Azərbaycada faəliyyət göstərir və bir neçə film ərsəyə gətiriblər. “Yüceller filmi” ilə "Show Production" birgə seçim turları təşkil edərək, Türkiyədə ən tanınmış seriallara çəkilməyə uyğun gələn aktyor və aktrisaları seçəcək. Türk mütəxəssisi Metin Yüceldən bir aylıq dərs aldıqdan sonra Türkiyəyə seriala çəkilmək üçün göndəriləcək. Həmin aktyor və aktrisalıq dərsi alan gənclərə sertifikatlar da təqdim olunacaq".

Geri qayıt