Əsas Səhifə > Şou-biznes > “İlin Favoriti” mükafatının sahibləri kimlər olacaq?

“İlin Favoriti” mükafatının sahibləri kimlər olacaq?


1-03-2017, 16:36
“İlin Favoriti” mükafatının sahibləri kimlər olacaq?
DİA.AZ: - “İlin Favoriti mükafatını sahiblərinə təqdim etmək üçün sorğulara başlanıldı.

DİA.AZ xəbər verir ki, tədbirin təşkilatçısı olan Şou Prodakşndan verilən xəbərə görə, sorğular sosial şəbəkələrdə və e-poçt ünvanı vasitəsi ilə virtual formada həyata keçiriləcək. Mükafata layiq görülən namizədlər haqqında geniş informasiyalar KİV vasitəsi ilə oxuculara təqdim olunacaq.

Mükafatın bu ilin Aprel ayının ilk həftəsində öz sahiblərinə təqdim olunması nəzərdə tutulub. Məqsəd 2016-cü ildə həyata keçirdiyi layihələr ilə öz pərəstişkarlarını sevindirənləri, hit mahnıların müəlliflərini, istedadı ilə digər həmkarlarından fərqlənən aparıcıları, aktrisaları, modelleri, rejissorları, paroduserləri, stilistləri, KİV nümayəndələrini, iş adamlarını, biznes qrumlarını və s. digər həmkarlarından fərqləndirməkdir.
Mükafat şou-biznes nümayəndələrinə, Şou -Bizneslə əlaqəli olan və əməkdaşlıq edən butün sahələrə, TV və radionun verilişlərinə, verilişlərin aparıcılarına, klipmeykerlərə, produserlərə, qəzet və internet portallarına və onların yazarlarına, model ve modelyerlərə, rəqqas və rəqqasələrə təqdim olunması nəzərdə tutulub.
Qeyd: Sorğularda iştirak etmək üçün Facebook sosial şəbəkəsində https://www.facebook.com/souprodaksn.prodaksn istifadəçi profilnə , İnstagramda olan @showproduction səhfəsinə və [email protected] e-poçt ünvanına namizədlərin adlarını yazmaqla qoşulmaq olar.

Geri qayıt