Əsas Səhifə > Şou-biznes > Anar "Не со мной” dan sonra nə deyəcək?

Anar "Не со мной” dan sonra nə deyəcək?


28-02-2017, 07:59
Anar "Не со мной” dan sonra nə deyəcək?
DİA.AZ: - Popstar Anar yaxın günlərdə Rusiyanın musiqi bazarına istiqamətlənmiş yeni klipini təqdim edəcək.

DİA.AZ xəbər verir ki, ötən ay Rusiyada "Не со мной” adlı yeni albomunu təqdim edən pop star Anar növbəti klipini yeni hit mahnısı “Второе дыхание”a çəkdirib.

Bu barədə gənc ulduz saytımıza açıqlamasında deyib.

O bildirib ki, “Второе дыхание” klipini mart ayında təqdim edəcək:

“Növbəti hit bu mahnı olacaq. “Второе дыхание” çox gözəl bəstədir... Bu mahnı sevgi olmadan həyat təsəvvür edə bilməz edənlər üçün həsr olunur".

Geri qayıt